Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbulu prosesi üçün qeydiyyat necə aparılır?

Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq üçün əvvəlcə Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "şəxsi kabinet" yaratmalı, daha sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək DİM-in internet səhifəsinə daxil olub "Subbakalavrların elektron ərizəsi" formasını təsdiq etməlidirlər. Proses zamanı tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur.

CAVAB: Subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.

Bəli subbakalavrların dövlət hesabı təhsil almağa hüququ var. Fərqi yoxdur əyani və ya qiyabi formada hər bir ixtisasa dövlət hesabı plan yeri ayrılır.

Subbakalavrlar ali məktəblərə necə yerləşdirilir? X adlı ixtisasa 20 plan yeri verilib və buranı 18 abituriyent kodlaşdırıb.2 yer boş qalıb. Sistem avtomatik buranı kodlaşdırmış ən yüksək ortalamalı 2 dənə subbakalavrı bu ixtisasa yerləşdirir. Jurnallarda çap olunan ixtisasların keçid balları nədir bəs ❓ 1.Həsən 400 bal 2.Vahid 350 bal 3.Siz 349 bal 4.Aytac 347 bal 5.Nazim 332 bal 6.Aysu 317 bal 7.Adil 310 bal 8.Azər 290 bal 9.Fidan 279 bal 10.Məryəm 265 bal X adlı ixtisasa 10 plan yeri verilib və bu X adlı ixtisasa sonuncu qəbul olan Məryəmdir 265 balla Növbəti ildə çap olunacaq jurnalda artıq X adlı ixtisasın minimal keçid balı 265 olaraq qeyd olunacaq. Bəs yaxşı bəzən 150-200 bal keçid görürük ixtisasda bunun anlamı nədir ❔ X adlı ixtisas 200 ballıq ixtisasdı və 10 plan yeri verilib 1.Həsən 400 bal 2.Vahid 350 bal 3.Siz 349 bal 4.Aytac 347 bal 5.Nazim 332 bal 6.Aysu 317 bal 7.Adil 310 bal 8.Azər 290 bal 9.Fidan 279 bal Fikir verdinizsə X ixtisasına 9 nəfər qəbul olub və tam dolmuyub.Deməli bu ixtisasın keçid balı növbəti ildə jurnalda 200 bal kimi çap olunacaq.150 ballıq ixtisas tam dolmadıqda isə 150 bal kimi çap olunur. Bəs yaxşı bəzən 200 altındada 51 bal görürük bunun anlamı nədir ❓ 1.Həsən 400 bal 2.Vahid 350 bal 3.Siz 349 bal 4.Aytac 347 bal 5.Nazim 332 bal 6.Aysu 317 bal 7.Adil 310 bal 8.Azər 290 bal 9.Südabə 85.3 bal X adlı ixtisas 200 ballıq ixtisasdır 10 plan yeri verilib və subbakalavrlar üçün də seçim şansı olub.Lakin yenə də dolmuyub. Subbakalavrlar üçün minimal keçid balı 51 olduğu üçün növbəti il jurnalda X adlı ixtisasın qarşısında 200 altında isə 51 bal görürük.Yəni nə abituriyentlər nə də subbakalavrlar tərəfindən ixtisas dolmuyub.

Imtahan nəticələrinə görə əvvəlcə abituriyentlər təhsil müəssisələrinə yerləşdirilir. Boş qalan yerlərə subbakalavrlar qəbul olunur. Subbakalavrlar bir-biri ilə ÜOMG-nə görə rəqabət aparırlar, abituriyentlərlə deyil. Sual ortaya çıxır ki bəs subbakalavrlar nə zaman ixtisas seçimi edir❓ Subbakalavrlar da abuturiyyentlər kimi eyni vaxtda ixtisas seçimi edirlər.✅